Edit Content

BİZ NƏ EDİRİK

Hüquq təcrübəsi

Lawyer Services For Public & Many Company

BANKÇILIQ VƏ MALİYYƏ

Biz Azərbaycanın maliyyə və bank qanunvericiliyi ilə əhatə olunan əsas mövzular üzrə məsləhət və Hüquqi xidmətlər göstəririk.

ƏMƏK VƏ MƏŞĞULLUQ QANUNVERİCİLİYİ

Danışıqlar və əmək müqavilələrinin bağlanması, iş rejiminin tənzimlənməsi, kadr sənədləri və siyasət, məşğulluq daxil olmaqla tam xidmətli əmək hüququ məsləhətləri

KORPORATİV HÜQUQ VƏ MÜFLİSLƏŞMƏ HAQQINDA QANUNVERİCİLİK

Korporativ hüquq sahəsində xidmətlərimizə şirkətlərin, birgə müəssisələrin, birləşmələrin və satınalmaların qeydiyyatı, korporativ restrukturizasiya, daxili korporativ siyasət / normativ aktlar, Müflisləşmə və s. daxildir.

VƏKİL XİDMƏTLƏRİ VƏ MƏHKƏMƏLƏRDƏ TƏMSİLÇİLİK

Mübahisələrin məhkəmə qaydasında həlli, bütün instansiyalarda effektiv təmsiletmə,inzibati orqanlarda etibarlı təmsilçilik təqdim etdiyimiz vəkil xidmətləri və hüquqşünas xidmətlərimizə daxildir.

VERGİ VƏ MÜHASİBAT UÇOTU

Vergi, mühasibat, hesablaşma və əlaqədar kadr xidmətləri təqdim edirik. "Bir pəncərə" prinsipi ilə müəssisələr təcrübəli komandamızın təqdim etdiyi vergi məsləhətlərindən və mühasibat xidmətlərindən faydalanırlar

VƏKİL XİDMƏTLƏRİ VƏ MƏHKƏMƏLƏRDƏ TƏMSİLÇİLİK

Mübahisələrin məhkəmə qaydasında həlli, bütün instansiyalarda effektiv təmsiletmə,inzibati orqanlarda etibarlı təmsilçilik təqdim etdiyimiz vəkil xidmətləri və hüquqşünas xidmətlərimizə daxildir.

TLC komandası müştərilərini məhkəmələrdə nümayəndəlik, məhkəməyəqədər mübahisələrin həlli qaydasında bütün prosessual mərhələlərdə dövlət orqanları, biznes partnyorları, məhkəmələr qarşısında təmsil edir.

Azərbaycan məhkəmə və hüquq sistemi

Azərbaycanın məhkəmə sisteminə bir neçə ixtisaslaşmış məhkəmə olan üç pilləli məhkəmə sistemi daxildir. Birinci instansiya məhkəməsi qismində rayon şəhər məhkəmələrində mülki və cinayət işlərinə - vəkil xidmətləri təklif edən bir şirkət kimi hər cür ağırlıqda işlərə baxılır. Hazırda Azərbaycanda 86 məhkəmə (şəhər-rayon məhkəməsi) fəaliyyət göstərir.

Apelyasiya məhkəmələri birinci instansiya məhkələlərinin qarərlarından verilmiş şikayətlər üzrə işlərə baxılır. Azərbaycanda ərazi rayonlaşdırma yurisdiksiyası olan 5 apellyasiya məhkəməsi fəaliyyət göstərir.

Ali Məhkəmə kassasiya instansiya məhkəməsidir, apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətlərinə baxır. Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya hüquqlarının pozulmasına dair işlərə baxır, habelə qanunları şərh edir.

Avropa Şurasının üzvü olaraq, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı mübahisələr olduğu təqdirdə, Ali Məhkəmənin qərarından 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilə bilər.

Bunlara əlavə olaraq, Azərbaycanda inzibati məhkəmələr və yeni yaradılan kommersiya məhkəmələri fəaliyyət göstərir. İnzibati məhkəmələr dövlət orqanları ilə bağlı inzibati mübahilələrlə əlaqəli işlərə baxır. Kommersiya məhkəmələri kommersiya və vergi ilə bağlı mübahisələrə baxmaq səlahiyyətləri vardır.

Nəhayət, hərbi məhkəmə sistemi Azərbaycanda ümumi məhkəmə sistemi daxilində ayrı bir yarım-sistem kimi fəaliyyət göstərir.

Bizim peşəkar hüquqşünaslarımız aşağıdakı vəkil xidmətlərini göstərir:

Hüquqşünas və vəkil komandamız müştəri maraqları baxımından işin həlli istiqamətində geniş təcrübəyə malikdir. Bu səbəbdən, ən yaxşı vəkil xidmətləri bizim üçün müştəri marağını anlayan və onun mövqeyindən məsələyə qiymət verən yanaşmadır.

 - Mülki, inzibati və kommersiya işlərində hüquqların müdafiəsi

- iddiaçının iddia tələbinin və cavabdehin etiraz və mülahizələrinin hazırlanması kimi prosessual sənədləşmələrin hazırlanması;

- bütün instansiya məhkəmələrində məhkəmə baxışlarında iştirak;

- yerli məhkəmə qərarlarının icrası zamanı hüquqi dəstək

.- iddianın müdafiəsi və məhkəmədən öncə şifahi arqumentlər;

- xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası;

- Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanması və pozulmuş hüquqların qorunması ilə bağlı hüquqi məsləhətlər;

- Müştərinin yerli və xarici biznes tərəfdaşları ilə olan mübahisələrində təmsil edilməsi;

 - Ödənilməmiş borclarla bağlı danışıqların, yazışmaların həyata keçirilməsi;

Arbitraj və Mediasiya xidmətlərimizə daxildir:

- mübahisələrin mediasiya qaydasında həll edilməsi;

- arbitraj prosesinin başlanması;

- yerli və beynəlxalq arbitraj proseslərində və məhkəmələrində təmsilçilik və hüquqların qorunması;

- arbitr namizədlərinə və arbitraja dair maddələr barədə məsləhətlər verilməsi;

- baxışlarda nümayəndəlik;

- yekun təqdimat;

- arbitraj qərarının aydınlaşdırılması barədə təkliflər;

- arbitraj qərarının icrası;

- mübahisələrin həlli ilə bağlı müqavilə və anlaşmaların tərtib edilməsi, icrası zamanı hüquqi dəstək.

Ən çox tələb olunan xidmətlərdən biri olaraq, aşağıda xarici məhkəmə qərarlarının tanınması və icrası, eləcə də Azərbaycan borcların alınması ilə bağlı daha ətraflı məlumatları təqdim edirik.

Xarici məhkəmə qərarlarının Azərbaycanda tanınması və icrası

Hal hazırda Azərbaycanda xarici məhkəmə qərarlarının tanınması və icrasını əhatə edən qarşılıqlı hüquqi yardım məsələlərinə dair qüvvədə olan 20-yə yaxın dövlətlə müqavilə mövcuddur. Bu ölkələrin (Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, BƏƏ, Çin, Hindistan, İran, Litva, Mərakeş, Ukrayna və s.) məhkəmələri tərəfindən qəbul edilmiş qərarların Azərbaycanda tanınması və onların icrası nisbətən sürətli və asandır. Digər ölkələrə gəldikdə, praktikada qarşılıqlı tanınma prinsipi, yəni qarşı tərəf məhkəmələri Azərbaycan məhkəmələrinin qərarlarını tanıdıqları və icra etdikləri və mərkəzi dövlət səviyyəsində bir zəmanət olduğu halda, Azərbaycan Ədliyyə Nazirliyi işi məhkəməyə təqdim edir və Ali Məhkəmənin son qərarı əsasında tanınma həyata keçirilir. Bütün digər hallarda işlərə ayrı-ayrı əsaslarla baxılır və tanınma şanslarını müəyyən etmək üçün əvvəl təhlil edilməsi zəruri olur.
Beynəlxalq Arbitraj Qərarlarının tanınması və icrası üzrə Nyu-York Konvensiyasının üzvü kimi Azərbaycan məhkəmələri xarici arbitraj qərarlarını, Azərbaycan qanunvericiliyi ilə uyğun olduğu hallarda tanıyır və icraya yönəldir.

BANKÇILIQ VƏ MALİYYƏ

Biz Azərbaycanın maliyyə və bank qanunvericiliyi ilə əhatə olunan əsas mövzular üzrə məsləhət və Hüquqi xidmətlər göstəririk.

KORPORATİV HÜQUQ VƏ MÜFLİSLƏŞMƏ HAQQINDA QANUNVERİCİLİK

Korporativ hüquq sahəsində xidmətlərimizə şirkətlərin, birgə müəssisələrin, birləşmələrin və satınalmaların qeydiyyatı, korporativ restrukturizasiya, daxili korporativ siyasət / normativ aktlar, Müflisləşmə və s. daxildir.

ƏMƏK VƏ MƏŞĞULLUQ QANUNVERİCİLİYİ

Danışıqlar və əmək müqavilələrinin bağlanması, iş rejiminin tənzimlənməsi, kadr sənədləri və siyasət, məşğulluq daxil olmaqla tam xidmətli əmək hüququ məsləhətləri

VERGİ VƏ MÜHASİBAT UÇOTU

Vergi, mühasibat, hesablaşma və əlaqədar kadr xidmətləri təqdim edirik. "Bir pəncərə" prinsipi ilə müəssisələr təcrübəli komandamızın təqdim etdiyi vergi məsləhətlərindən və mühasibat xidmətlərindən faydalanırlar

VƏKİL XİDMƏTLƏRİ VƏ MƏHKƏMƏLƏRDƏ TƏMSİLÇİLİK

Our services include legal dispute resolution, effective representation in all instances, reliable representation in administrative bodies, and lawyer services.
azAZ
Open chat
Helllo,Can We Help You?